Vaşinqtonda etiraz aksiyası zamanı 400 nəfər saxlanılıb

Vaşinqtonda etiraz aksiyası zamanı 400 nəfər saxlanılıb
# 12 aprel 2016 01:19 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda Konqres yaxınlığında keçirilən etiraz aksiyası samanı 400 nəfər saxlanılıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları nəhəng maliyyə korporasiyaların ABŞ-ın siyasətinə təsirini azaltmağa çağırıblar.

Aprelin 2-də Filadelfiyada start götürən aksiya Vaşinqtonda davam edib. Əksəriyyətini gənclər təşkil edən aksiya iştirakçıları Kapitolinin pilləkənlərinə yaxınlaşarkən polisin müqaviməti ilə qarşılaşıblar. İcazəsiz aksiyanın iştirakçıları polis məntəqələrinə aparılıb.

İnsident nəticəsində zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR