Roqozin: “Rusiya Azərbaycan və Ermənistana silahı balansla satır”

Roqozin: “Rusiya Azərbaycan və Ermənistana silahı balansla satır”
# 11 aprel 2016 22:35 (UTC +04:00)

Bakı-APA. Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

“Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Əgər Rusiya bundan əl çəksə, onun yerini ABŞ və digər ölkələr tutacaq”, deyə D.Roqozin bildirib.

Dağlıq Qarabağda son hadisələri şərh edən D.Roqozin deyib: “Artıq aydın olur ki, dondurulmuş münaqişələri nizamlamaq lazımdır. Ona görə ki donmuş münaqişələr vaxtaşırı fəallaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR