İnsan alverində təqsirləndirilən qadınların məhkəməsi başlayıb

İnsan alverində təqsirləndirilən qadınların məhkəməsi başlayıb
# 28 sentyabr 2016 11:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sədaqət Amayeva və Gülnarə Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 144.1.1 (İnsan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi üzrə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR