ABŞ: Kəşfiyyatın əldə etdiyi məlumata görə “Airbus A321” təyyarəsi partladılaraq məhv edilib

ABŞ: Kəşfiyyatın əldə etdiyi məlumata görə  “Airbus A321” təyyarəsi partladılaraq məhv edilib
# 07 noyabr 2015 03:27 (UTC +04:00)

Bakı-APA. Kəşfiyyatın əldə etdiyi məlumat Misirdə Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin partladıldığını ehtimal etməyə əsas verir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəsmi nümayəndələri məlumat yayıb.

“Röyters”in məlumatına görə, bununla belə, amerikalı və avropalı mütəxəssislər onların malik olduqları məlumatların yekun rəy vermək üçün kifayət etmədiyini qeyd ediblər. Onlar mexaniki nasazlığın qəzaya səbəb olduğunu hələ də istisna etmirlər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən gün “Airbus A321” təyyarəsi məsələsində terror aktı olduğunu istisna etməyib: “Təyyarənin göyərtəsində bomba olduğunu ehtimal etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR