Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında törədilən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında törədilən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 20 yanvar 2016 16:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın Rusiya mətbuatına istindən verdiyi məlumata görə, bu barədə Kabilin polis rəisi Əbdül Rəhmən Rəhimi məlumat verib.

“FransPress” agentliyinin məlumatına görə, terror hücumunun əsas hədəfi Əfqanıstanın “TOLONews” telekanalının əməkdaşlarının olduğu avtobus olub.

* * *

17:56

Bakı. Cavid Zeynallı – APA. Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya səfirliyinin qarşısında qeydə alınıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, səfirliyin qarşında dayanan maşın partladılıb. Nazirlik hədəfin Rusiya səfirliyi olub-olmadığının hələlik müəyyən edilmədiyini qeyd edib.

Partayışda ölənlərin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR