“Azərkosmos” Yaponiyanın iki bankından iri həcmdə kredit alıb

 “Azərkosmos” Yaponiyanın iki bankından iri həcmdə kredit alıb
# 11 noyabr 2015 15:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC)) və Mizuho Bankı ilə 11 illik müddətə 100 mln. avro məbləğində kredit sazişi imzalayıb.

“Azərkosmos” ASC-nin mətbuiat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Saziş çərçivəsində Fransanın “Airbus DS” şirkəti “Azərkosmos”u 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son fransız texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR