Bakıdan Bolqarıstana avtobusla səfər edənlərə 3 gün ərzində viza veriləcək

Bakıdan Bolqarıstana avtobusla səfər edənlərə 3 gün ərzində viza veriləcək
# 13 iyul 2016 14:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı "APA-Economics"ə bildirib ki, bununla əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcək.

Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR