Ərdoğan millət vəkili toxunulmazlığının ləğvi haqqında qanunu təsdiqləyib

Ərdoğan millət vəkili toxunulmazlığının ləğvi haqqında qanunu təsdiqləyib
# 07 iyun 2016 21:56 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında qanunu təsdiqləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının məlumatında bildirilir.

Qeyd edək ki, qanun Türkiyə parlamenti tərəfindən mayda qəbul olunub, 550 deputatdan 176-sı qanunun leyinə səs verib.

Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən, əksəriyyəti kürdyönümlü Xalqların Demokratiya Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan 138 millət vəkili barəsində cinayət işi başlanıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR