SOCAR ötən ay Ceyhan limanından ixracı 6% azaldıb

SOCAR ötən ay Ceyhan limanından ixracı 6% azaldıb
# 03 oktyabr 2016 16:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında SOCAR Ceyhan limanından 942 882 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 48,66% azdır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Ceyhan limanından 12 mln. 322 min 470 ton xam neft ixrac edilib ki, bu da ötən 2015-ci ilin 9 ayı ilə müqayisədə 5,99% azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR