Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 17 may 2016 10:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Murad Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, M. Rəhimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. O, vətəndaşların şikayətləri əsasında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR