Xəzər dənizində fəaliyyət göstərən bəzi neft-qaz çıxarma müəssisələri ətraf mühitə ziyan vurur

Xəzər dənizində fəaliyyət göstərən bəzi neft-qaz çıxarma müəssisələri ətraf mühitə ziyan vurur
# 01 aprel 2016 12:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dalğıc və Qəza-xilasetmə işləri idarəsində istifadədən sonra formalaşan tullantı suları ərazidə tikilmiş Bioloji Təmizləyici Qurğuya (BTQ) və oradan da Xəzər dənizinə axıdılır”.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib. Bülletendə deyilib ki, Qaz emalı zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir: “Dövri su sistemində istifadə olunan dəniz suyunun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün gün ərzində dövri su sistemindən təqribən 65 m3 su (duzlarla ağırlaşmış su) soyutmada istifadədən sonra Puta kanalı vasitəsilə Xəzər dənizinə axıdılır. Müəssisədə formalaşan tullantı suları isə çökdürücülərə yığılaraq Xəzər dənizinə axıdılır”.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Anbar Təsərrüfat İdarəsində (ATİ) istifadədən sonra formalaşan tullantı suları idarənin ərazisindəki şamboya axıdılır. Şambo istifadəyə yararsız olduğundan və yığılan tullantı suların vaxtı-vaxtında daşınmaması nəticəsində həmin tullantı suları nasoslar vasitəsi ilə relyefə nəql edilir” – deyə bülletendə qeyd olunub.

Bülletendə o da qeyd olunub ki, monitorinq zamanı “Azneft” İB-nin H. Z. Tağıyev adına neft-qazçıxarma idarəsinin (NQÇİ) I mədən ərazisində ekoloji pozuntulara rast gəlinib: “Belə ki, II və III mədən ərazilərində quyularda təmir zamanı qapalı sistemdən istifadə olunsa da, I mədən ərazisində təmir zamanı quyuların yuyulmasında dövrü sistemdən istifadə olunmur. Uzun illərdir müxtəlif mənşəli tullantı suları ilə (qrunt, yağıntı və neftli lay suyu) çirklənməyə məruz qalmış “Çaparidze” gölünün hal-hazırda qurudulması məqsədi ilə gölün suları NQÇİ-nin balansında olan nasoslarla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə tökülən Hövsan kanalına nəql edilir. Monitorinq zamanı mədən ərazilərində quyu başlıqlarının bəzilərində və nefti nəql edən borulardakı siyirtmələrin bir neçəsində neftin sızması da müşahidə olunub. Nəticədə ərazilərin neftlə çirklənməsi baş verir. Sözügedən NQÇİ-də formalaşan neftli şlamlar da düzgün idarə olunmur. Belə ki, formalaşan şlamlar heç bir yerə təhvil verilməyərək, II mədən ərazisindəki istismar olunmayan neftyığma məntəqəsinin ərazisinə daşınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR