Sabah Bakının Dəmirçizadə küçəsində qazıntı işləri aparılacaq

Sabah Bakının Dəmirçizadə küçəsində qazıntı işləri aparılacaq
# 19 oktyabr 2015 15:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Sabah Nərimanov rayonunda Qarabağ və Dəmirçizadə küçələrinin kəsişməsindən başlayaraq, Dəmirçizadə küçəsi boyunca davam edən istilik xəttinin dəyişdirilməsi üçün “Azərisitiliktəchizat” ASC tərəfindən həmin ərazidə qazıntı işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, istilik xəttində aparılan işin icrasının oktyabrın 22-də başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR