“Dreamland” Qolf Klubunda 56 qolfçunun iştirak etdiyi qış turniri baş tutub

“Dreamland” Qolf Klubunda 56 qolfçunun iştirak etdiyi qış turniri baş tutub
# 27 yanvar 2016 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 24-də “Dreamland” Qolf Klubunda 56 qolfçunun mübarizə apardığı qış turniri keçirilib.

“Dreamland” Qolf Klubunun daxil olduğu “Azərsun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, Bakıda yerləşən italyan “Scalini” restoranın sponsorluq etdiyi turnir səhər saatlarında start götürüb.

Səhər yeməyi, məşq və qısa komanda brifinqindən sonra komandalara bölünən iştriakçəlar qolf meydançasında güclərini sınadılar. Cerard Makkenna, Deyv Louson, Qeyvin Makkenzi və Den Lyuisdən ibarət komanda komanda halında 61.8 xal toplayaraq gözəl nəticə göstəriblər və 1-ci yerə sahib olublar. Bu xala 5-ci dəlikdə möhtəşəm 2 ədəd “iql”, 7 və 15-ci dəliklərdə “birdilər” və 16-cə dəlikdə yeganə “drop” atışı daxil idi.

İkinci yeri qalib komandaya çox yaxın nəticə 61.9 xalla Kreyq Eliot, Rob Odonoqi, Qordon Daf və Skot Deyvisin daxil olduğu komanda tutdu. Onların göstərdiyi nəticəyə 5, 8, 9, 15 və 18-ci dəliklərdəki “bördi” atışları daxil idi. Bu nəticədə “drop” atışı yox idi. Üçüncü yerə isə 62.6 xalla Refik Şabanoviç, Tomas Danestad, Nil Makkeyn və Roslan Abdul Rahmanın daxil olduğu komanda layiq görülüb.

Turnir müddətində qolfçular bacarıq nümayiş etdirən kiçik müsabiqələrdə də iştirak ediblər. Qreq Boyl 4-cü dəlikdə “ən yaxın pin”, Cerard Makkenna 17-ci dəlikdə “ən yaxın pin”, Adam Makdonald isə 12-ci dəlikdə “ən uzun drayv” atışları müsabiqəsinin qalibləri olublar.

Turnir tamamlandıqdan sonra qolfçular italyan mətbəxinin təamlarına qonaq ediliblər. Bu müddət ərzində “Scalini” restoranının sahibi Elio Bevilaqkquanın iştirakı ilə qaliblərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan “Dreamland” Qolf Klubu “Dye Dizayn” tərəfindən dizayn edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, “İMG performans” studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir. Meydança mənzil, villa və “Sabis Sun” beynəlxalq məktəbini əhatə edən “Dreamland” qapalı yaşayış sahəsinin ən vacib hissəsi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR