İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb

İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb
# 22 iyul 2016 23:09 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində 2 000 ot bağlaması, həmçinin bir neçə ev quşu və tövlənin bir hissəsi yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. 8 ton ot yanğından mühafizə edilib.

Yanğının digər ərazilərə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR