Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başa çatıb

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başa çatıb
# 01 iyul 2016 22:23 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başa çatıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə beş gün davam edən Şəki “İpək Yolu” 7-ci Beynəlxalq musiqi festivalın təntənəli bağlanış mərasimində Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki rayon rəhbərliyinə təşəkkürünü bildirib. Şəhər rayon icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda kollektivin bədii rəhbəri və dirijoru, xalq artisti Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub. Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR