"Bakı Metropoliteni" ödənişsiz kurs təşkil edir

"Bakı Metropoliteni" ödənişsiz kurs təşkil edir
# 27 iyul 2016 15:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı Metropoliteni” QSC “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, kurs 1 ay müddətində davam edəcək və kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak tələbləri:

Xanımlar üçün;

• Yaş: 18-30 arası

• Boy: minimum 170 sm

• Təhsil: minimum tam orta təhsil

• Dil bilikləri:

• Azərbaycan dili - Əla

• Xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Oğlanlar üçün;

• Yaş: 22-30 arası

• Boy: minimum 170 sm

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki Ali

• Dil bilikləri:

• Azərbaycan dili – Əla

• Xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 5 avqust tarixinədək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR