Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb
# 04 avqust 2016 10:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Yaşıl dərə bağlar sahəsində yaşayan Raqif Hüseynov evində kondisioneri divara bərkidərkən pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR