Azərbaycanda keçmiş deputatın dələduzluqda təqsirləndirilən oğlunun şikayəti təmin edilməyib

Azərbaycanda keçmiş deputatın dələduzluqda təqsirləndirilən oğlunun şikayəti təmin edilməyib
# 12 noyabr 2015 07:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu ötən ilin aprelində həbs edilib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ş. Hüseynov cəzasının azaldılması barədə apellyasiya şikayəti verib.

Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR