Binəqədidə bir-birinə bitişik evlərdə yanğın olub

Binəqədidə bir-birinə bitişik evlərdə yanğın olub
# 02 oktyabr 2017 15:14 (UTC +04:00)

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 560 m2 olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 m2 sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 m2 sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR