Nazir: "Avropa Oyunları zamanı kiberhücumların 70-80%-nin qarşısı ölkəmizə daxil olmadan alınıb" - VİDEO

Nazir: "Avropa Oyunları zamanı kiberhücumların 70-80%-nin qarşısı ölkəmizə daxil olmadan alınıb" - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 09:55 (UTC +04:00)

"APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Ə. Abbasovun sözlərinə görə, təhlükəsizlik məsələsi müxtəlif təhlükəsizlik strukturları, həmçinin xarici partnyorlarla birlikdə çox yaxşı təşkil olunub, 2-3 səviyyədə müdafiə sistemləri qurulub. "Bunların nəticəsi idi ki, böyük bir tədbirin elektron bazasında ciddi bir kiberhücumlar olmadı. Qeydə alınan kiberhücumların qarşısı vaxtında, yerindəcə alınıb. Onların demək olar ki, 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub", - deyə nazir bildirib.

Nazir həmçinin ekspertlərin kiberhücumların qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib.

O, bu təcrübədən bundan sonra keçirilən tədbirlərdə də istifadə olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR