Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb
# 18 dekabr 2019 10:16 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2%-dən 6,3%-ə, boşanmaların sayı isə 1,5%-dən 1,7%-ə qədər artıb.

Cari ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR