AZAL: Dubay-Bakı aviareysinin sərnişinlərinin baqajı növbəti reyslə yola salınacaq

AZAL: Dubay-Bakı aviareysinin sərnişinlərinin baqajı növbəti reyslə yola salınacaq
# 31 avqust 2017 13:37 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Dubay-Bakı aviareysi ilə səyahət edən sərnişinlərə müraciət edib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, müraciət J2-012 Dubay-Bakı reysi ilə səyahət edən sərnişinlərin baqajlarının təyyarəyə yüklənilməməsi ilə bağlıdır.

“Dubay beynəlxalq aeroportunda baş vermiş fövqəladə hal ilə əlaqədar J2-012 Dubay-Bakı reysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib. Yüklər növbəti reyslər ilə Bakıya çatdırılacaq”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR