"Russneft" Azərbaycanda hasilatı artıra bilər

"Russneft" Azərbaycanda hasilatı artıra bilər
# 20 fevral 2017 13:16 (UTC +04:00)

"Russneft" şirkəti 2017-ci ildə hasilatı ötən illə müqayisədə 2,5% artıraraq 7,2 mln. tona çatdırmaq niyyətindədir. "APA-Economics" "Russneft" şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu artım dünya bazarında tələb və təklif balansının bərpa olunacağı halda baş tuta bilər.

Cari ildə şirkətin hasilatın plan səviyyəsi 2016-cı ildəki göstəricilərdən aşağı olmayacaq.


2017-ci ildə şirkət yeni qazılan quyuların sayını 21% artaraq 128 ədədə çatdırmağı planlaşdırır. 2016-cı ildə bu rəqəm 106 ədəd olub.

Qeyd edək ki, "Russneft" şirkəti Rusiyada neft hasilatı həcmlərinə görə ilk onluğa daxil olan iri şirkətlərdən biridir. Şirkət Xəzər dənizin Azərbaycan sektorunda da hasilat həyata keçirir. "Russneft"in ehtiyatlarının həcmi 200 mln. ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR