Xaçmazda avtomobil aşıb, sürücü ölüb

Xaçmazda avtomobil aşıb, sürücü ölüb
# 18 oktyabr 2016 08:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, qəza Quba-Xaçmaz yolunda qeydə alınıb. Rəsul Əzizovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR