BSU-da Heydər Əliyevin anım mərasimi keçirilib

BSU-da Heydər Əliyevin anım mərasimi keçirilib
# 13 dekabr 2016 06:22 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, mərasimdə çıxış edən rektor, professor Nurlana Əliyeva Heydər Əliyevin u Azərbaycanın müstəqillik tarixindəki xidmətlərindən söz açıb: “Ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasının təmin edilməsi üçün mühüm işlər görülüb. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün bütün dünyada tanınır. O, qabaqcıl dünya ölkələrinin prezidentlərinə siyasi dərs verməyə qadir böyük siyasi lider idi. Bu gün prezident İlham Əliyev ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir”.

Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan danışan professor N. Əliyeva onun xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, YAP-ın BSU üzrə sədr əvəzi Rəşad Abbaszadə, BSU-nun YAP Gənclər Birliyinin sədri Elcan Məmmədov və Filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbəsi Aytəkin Xəlilovanın çıxışlarından sonra Leninqrad blokadası iştirakçısı, dosent İrina İvanovna Qədimova Heydər Əliyevin xatirəsinə həsr etdiyi şeiri üçün səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR