KTN fermerlərə ayırdığı kreditin məbləğini açıqlayıb

KTN fermerlərə ayırdığı kreditin məbləğini açıqlayıb
# 06 yanvar 2017 12:55 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2016-cı ilin yanvar-noyabr ayları ərzində ölkənin 32 rayonunda fəaliyyət göstərən 204 kənd təsərrüfatı məhsulları istehsalçısına 10 mln. 19,4 min manat həcmində güzəştli kredit ayrılıb.


Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, verilmiş kreditlərin 69,3%-i heyvandarlıq, 2,6%-i tərəvəzçilik və 1,1 %-i isə balıqçılıq sahələrinə ayrılıb.


Eyni zamanda, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 52 sahibkara 11,397 min manat kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR