Gürcüstanın xarici ticarət dövriyyəsi 20%-dən çox artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 20%-dən çox artıb
# 13 aprel 2018 09:09 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2 mlrd. 823,8 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin analoji göstəricisi ilə müqayisədə 23,3% çoxdur.

Cari ilin I rübündə qonşu ölkənin ixracı 28,4% artaraq 740,3 mln. dollar, idxalı isə 21,6% artaraq 2 mlrd. 083,4 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsri 1 mlrd. 343,1 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR