AMEA prezidenti: "Muğamı tədqiq edən alimlərimiz ingilis dilini bilmir"

AMEA prezidenti: "Muğamı tədqiq edən alimlərimiz ingilis dilini bilmir"
# 07 fevral 2018 14:00 (UTC +04:00)

"Bu gün muğamı tədqiq edən əcnəbi alimlər Azərbaycana gəlir. Lakin əcnəbi alimlər muğamı tədqiq edən azərbaycanlı alimlərlə ünsiyyət qura bilmirlər. Bunun da əsas səbəbi bizim alimlərin ingilis dilini bilməməsidir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A. Əlizadə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə müraciət edərək qeyd edib ki, magistr qəbulu zamanı bu amil mütləq nəzərə alınmalıdır.

AMEA prezidenti internet folklorun zəif inkişaf etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR