Bu il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin ümumi dəyəri 188 mln. dollara yaxın olub

Bu il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin ümumi dəyəri 188 mln. dollara yaxın olub
# 28 noyabr 2019 12:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 17 504 ədəd avtomobil ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 187 903,5 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının ümumi həcmi 529 470,8 min dollar təşkil edib. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixracında 35,48% paya sahib olub. Hesabat dövrü ərzində Gürcüstanın avtomobil ixracı illik müqayisədə 5,1% artaraq ümumi ixracın 7,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR