Zərdabda aprel şəhidi anılıb

Zərdabda aprel şəhidi anılıb
# 14 fevral 2018 13:30 (UTC +04:00)

Bu gün Zərdabda 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə şəhid olmuş Nurlan Rasim oğlu Abdullazadə anılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir şəhidin məzarının ziyarət edilməsi ilə başlayıb.

Anım mərasimində Zərdab rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə ailənin yeganə oğlan övladı olan şəhidin döyüş yolundan söz açılıb, qəhrəmanlığı barədə toplantı iştirakçılarına geniş məlumat verilib.

Qeyd edək ki, şəhid Nurlan Abdullazadə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-ci dərəcəli medalla təltif olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR