İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalına start verilib

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalına start verilib
# 22 sentyabr 2017 20:51 (UTC +04:00)

Sentyabrın 22-də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Qız qalası” VII beynəlxalq incəsənət festivalına start verilib.

Fonddan APA-ya verilən məlumata görə, festivalda gənc rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri və Vüsalə Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyəcəklər. Eyni zamanda, gənc rəssamlar festivalda iştirak edən Respublika uşaq-gənclər inkişaf mərkəzi, Xətai rayonu 3, Nizami rayonu 1 və Suraxanı rayonu 2 saylı uşaq evlərinin sakinlərinə, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməkdə kömək edəcəklər.

Sentyabrın 24-dək davam edəcək festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən 10 Qız qalası maketi şəhərimizin müxtəlif yerlərində sərgilənəcək.

Qeyd edək ki, 2010-cu ildən keçirilən və artıq yeddinci dəfə reallaşan festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR