Neftçalada əvvəllər məhkum olunmuş şəxsdən 2 kq narkotik və silah götürülüb

Neftçalada əvvəllər məhkum olunmuş şəxsdən 2 kq narkotik və silah götürülüb
# 21 yanvar 2017 07:43 (UTC +04:00)

Neftçalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Bəşirovdan 250 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə 1 kiloqram 950 qram marixuana və "TOZ-8" markalı silah da aşkar edilərək müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR