Bank Of Baku

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB - VİDEO

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub  - YENİLƏNİB  - VİDEO
# 14 fevral 2022 08:13 (UTC +04:00)

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

***

00.08

Ötən gün həm Ermənistanda, həm Gürcüstan-Ermənistan sərhədində, həm də Gürcüstanda zəlzələ olub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Ən güclü təkan Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ zamanı qeydə alınıb. Bu səbəbdən titrəyişlər Azərbaycanın hər iki ölkə ilə həmsərhəd olan qərb rayonlarında hiss olunub.

***

23.19

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.

Respublika Seysmoloji Xidmətindən APA-ya bildirilib ki, zəlzələnin maqnitudası 5,9 olduğu üçün güclü hesab edilir. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR