Qubada atasını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Qubada atasını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 09 mart 2017 08:18 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Quba rayonunda baş verib. 24 yaşlı Sərxan Heydərovla atası 48 yaşlı Siyavuş Heydərova arasında kafedə mübahisə yaranıb. S.Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət, onu öldürüb və hadisə yerindən qaçıb. S. Heydərov hadisə törədən zaman sərxoş vəziyyətdə olub.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR