Dmitri Kumsişvili: “Azərbaycan energetika sektorunda Gürcüstanın strateji tərəfdaşıdır”

Dmitri Kumsişvili: “Azərbaycan energetika sektorunda Gürcüstanın strateji tərəfdaşıdır”
# 15 fevral 2018 17:19 (UTC +04:00)

Bakıda səfərdə olan Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıq müsbət qiymətləndirilib.

D.Kumsişvili bildirib ki, Azərbaycan energetika sektorunda Gürcüstanın strateji tərəfdaşıdır: “Ümid edirik ki, mövcud münasibətlər ölkələrimiz üçün daha məhsuldar olacaq və yeni istiqamətlər üzrə daha da inkişaf edəcək”.

Tərəflər hidroenergetika sahəsi üzrə layihələr və bərpa olunan enerji sahəsi üzrə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Gürcüstanın bərpa olunan enerji mənbələri ilə bağlı böyük potensialı var və bu da külək, günəş, geotermal və biokütlə enerji sahəsi üzrə əməkdaşlığı genişləndirməyə imkan verə bilər.

Görüşdə həmçinin “Cənub Qaz Dəhlizi”, TANAP və TAP kimi layihələrin əhəmiyyəti də vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR