“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib
# 18 may 2018 10:07 (UTC +04:00)

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib.

"APA-Economics"in məlumatına görə, müraciətdə bildirilib ki, "Bakı Dairəvi-1" avtomobil yolunda yenidənqurma işləri aparılır.

"Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür. Sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR