ARDNF keçirdiyi tenderin davamından imtina edib

ARDNF keçirdiyi tenderin davamından imtina edib
# 12 sentyabr 2017 06:44 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi tenderin davamından imtina olunub. "APA-Economics" xəbər verir ki, bu barədə ARDNF-nin yaydığı elanda deyilir.

"21 iyul və 3 avqust 2017-ci il tarixlərində ARDNF tərəfindən işlərin və xidmətlərin satınalınması məqsədilə dərc olunmuş elanlar üzrə keçirilən 2 lotdan ibarət açıq tenderdə Lot -2. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satınalınması məqsədilə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” qanunun 11-ci maddəsinə əsasən Lot- 2 üzrə tenderin davamından imtina edilmişdir", - deyə elanda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR