Tovuz rayonunun Qovlar şəhərində yanğın baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə zamanı ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin eyvanının tavanı 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.