Bakıda qadın azyaşlı uşağı ilə birgə intihara cəhd edib

Bakıda qadın azyaşlı uşağı ilə birgə intihara cəhd edib
# 05 fevral 2018 03:04 (UTC +04:00)

Bakıda intiharın qarşısı alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR