Səfir: "Aİ-nin yeni strategiyasına görə təşkilat ilk növbədə qonşuları ilə münasibətlərə önəm verir"

Səfir: "Aİ-nin yeni strategiyasına görə təşkilat ilk növbədə qonşuları ilə münasibətlərə önəm verir"
# 20 noyabr 2017 13:02 (UTC +04:00)

“Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni hərtərəfli sazişin imzalanması istiqamətində danışıqlar gedir.

APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Azərbaycan Respublikası Hesablama Palatasının institutsional və funksional potensialının gücləndirilməsi" Tvininq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ-nin yeni qəbul edilmiş strategiyasında göstərilir ki, bu təşkilat ilk növbədə qonşuları ilə münasibətlərə önəm verir: “Bu günlərdə Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin 5-ci sammiti keçiriləcək. Bu formatın ikitərəfli və çoxtərəfli ölçüləri var. Bu imkan verir ki, Aİ ilə hər bir ölkə öz iddialarına uyğun əməkdaşlıq qursun. Bundan başqa, bu format çoxtərəfli əməkdaşlıq imkanları da yaradır. Hazırda Azərbaycan iqtisadi diversifikasiya islahatları keçirir və bunun üçün dünyadakı qabaqcıl texnologiyaların axtarışındadır. Aİ bu texnologiyaları Azərbaycana təqdim etməyə hazırdır. Biz bir çox sahədə əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda keçirilən tədbirlərdən birində çıxışı zamanı dedi ki, gələcəyin standartları Avropada hazırlanır. Mən bunu eşitməkdən məmnun oldum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR