Bank Of Baku

Qüdsdə növbəti terror aktı törədilib

Qüds

© APA | Qüds

# 21 noyabr 2021 14:45 (UTC +04:00)

Bu gün Qüdsün “Köhnə şəhər” adlanan ərazisində, Zəncirli küçədə terror aktı törədilib.
APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, iki nəfərin odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
İsrail polisi atəş açanlardan birini zərərsizləşdirib, digəri isə qaçıb. Öldürülən şəxsin HƏMAS üzvü olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl noyabrın 17-də “Köhnə şəhər”də müsəlmanların yaşadığı məhəllənin mərkəzində 16 yaşlı gənc bıçaqla iki İsrail polisinə hücum edib. Polislər yaralanıb, hücum edən şəxs isə güllələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR