Bakı Beynəlxalq Avtovağzalında sərnişin daşımaları bu il 11% artacağı gözlənilir

Bakı Beynəlxalq Avtovağzalında sərnişin daşımaları bu il 11% artacağı gözlənilir
# 25 dekabr 2019 12:15 (UTC +04:00)

Bu il Yeni il bayramı ərəfəsində (28, 29, 30 dekabr) Bakı Beynəlxalq Avtovağzalı sərnişin daşımalarını illik müqayisədə 11% artacağı gözlənilir.

APA-Economics”in məlumatına görə, bunu Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib.

"Ötən il 28, 29, 30 dekabr tarixlərində Bakı Beynəlxalq Avtovağzalından 45 min nəfər sərnişin daşınması həyata keçirilib. Bu il bu rəqəmin daha yüksək olacağı gözlənilir. Bu 3 gündə sərnişin daşınmasının 50 min nəfəri keçəcəyi ehtimal olunur. 31 dekabr tarixində isə adətən sərnişindaşıma nisbətən azalır", - deyə P. Məmmədova bildirib.

O həmçinin qeyd edib ki, süni qiymət artımından söhbət gedə bilməz, çünki biletlər kassalardan əldə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR