Məhkəmə Gülağa Aslanlının Yafəz Əkrəmoğluna qarşı iddiasını icraata götürməyib

Məhkəmə Gülağa Aslanlının Yafəz Əkrəmoğluna qarşı iddiasını icraata götürməyib
# 16 dekabr 2019 18:20 (UTC +04:00)

Binəqədi rayon Məhkəməsində Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı mühacirətdə olan jurnalist, Müsavat Partiyasının üzvü Yafəz Həsənova (Əkrəmoğlu) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə iddia icraata qəbul edilməyib.

G. Aslanlı APA-ya açıqlamasında bildirib ki, məhkəmə şikayətin təkmilləşdirilməsini məsləhət görüb.

Qeyd edək ki, G. Aslanlı məhkəməyə müraciət edərək Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalanmasını istəyib.

Xatırladaq ki, Yafəz Əkrəmoğlu Müsavat Partiyasını "mühacir alveri"ndə günahlandırır. O, iddialarında Müsavat başqanı Arif Hacılı və Gülağa Aslanlının fəal iştirak etdiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR