Azərbaycanda yaradılan sterilizasiya qurğusunda dozimetriya işləri aparılır

Azərbaycanda yaradılan sterilizasiya qurğusunda dozimetriya işləri aparılır
# 07 fevral 2020 14:09 (UTC +04:00)

Macarıstan mütəxəssisləri tərəfindən Azərbaycanda yaradılan sterilizasiya qurğusunda dozimetriya işləri aparılır.

"APA-Economics"in əldə etdiyi məlumata gərə, cari ayın sonunadək bütün işlər yekunlaşacaq. Bundan sonra qurğu istifadəyə tam hazır vəziyyətə gətiriləcək. Qurğunun işə salınması üçün zəruri olan izotoplar artıq yüklənilib.

Qeyd edək ki, sterilizasiya qurğusunun istismara verilməsi ilə bağlı rəsmi açılış mərasimi gözlənilir.

Sterilizasiya qurğusu mikroorqanizmləri məhv etmək üçün qamma şüalanma metodunu tətbiq etməyə imkan verir ki, bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), həmçinin tibbi preparatların saxlama müddətini artırır.

Azərbaycan tərəfi layihəni Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində birgə həyata keçirib. Layihənin icrasına 6 mln. manat investisiya yatırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR