Tbilisi metrosunun fəaliyyəti dayanıb

Tbilisi metrosunun fəaliyyəti dayanıb
# 04 iyun 2018 08:42 (UTC +04:00)

Tbilisi metropoliteninin bütün stansiyalarının fəaliyyəti səhər saatlarından etibarən dayandırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, buna səbəb metro maşinistlərinin tətilə çıxmasıdır. Əmək haqlarının artırılmasını tələb edən metro işçiləri tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər. Onlar aclıq askiyasına da başlamağı planlaşdırırlar.


Tbilisi meri Kaxa Kaladze keçirdiyi xüsusi brifinqdə tətili qanunsuz adlandıraraq, maşinistləri dərhal işə çıxmağa çağırıb. O bildirib ki, maşinistlərin əmək haqları artırılmayacaq.

Tbilisi Nəqliyyat Şirkətinin məlumatına əsasən, metro işçilərinin tətili başa çatana qədər avtobuslarda gediş ödənişsiz olacaq.


Qeyd edək ki, Tbilisi metropoliteninin işçilərinin orta aylıq əməkhaqqı 1038 lari (421 dollar) təşkil edir. Metro işçiləri saatlıq əmək haqlarının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. Tbilisi metrosu hər gün təxminən 290 min sərnişinə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR