Bank Of Baku

Azərbaycanda son sutkada 2 749 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2 749 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
# 14 fevral 2022 18:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 747 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Ölkədə son sutka ərzində 8251, hazırkı dövrədək isə 6 398 476 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR