Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 57-ci iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvləri Musa Quliyev və Ramin Məmmədov qatılıblar.
Onlayn iclası açan QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini Nikolay Skorik (Ukrayna) gündəliyi təqdim edib. Gündəliyin qəbulundan sonra parlamentarilər komitənin 56-cı iclasının protokolunu təsdiqləyiblər.
Sonra Xarula Kefalidu (Yunanıstan) “Pandemiyadan sonra Qara dəniz regionunda təhsil sahəsində əməkdaşlığın məqsəd və vəzifələri” mövzusunda komitənin məruzəsini təqdim edib. Sonra milli nümayəndə heyətlərinin təmsilçiləri də öz ölkələrinin təhsil sisteminin pandemiya şərtlərinə uyğunlaşma prosesi barədə danışıblar.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qlobal pandemiya dövründə Azərbaycanda teledərslərə start verilməsi, Virtual Məktəb platformasının tətbiqi kimi təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Müzakirələrdən sonra parlamentarilər həm məruzəni, həm də məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər. İclasda həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin yeni sədri seçilib.
Sonda komitənin növbəti 58-ci iclasının tarixi, yeri və gündəliyi aydınlaşdırılıb. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qaçqın axınları nəticəsində yaranan böhranların sosial təsirləri” növbəti iclasın əsas mövzusu kimi müəyyənləşdirilib. Mövzu üzrə məruzəçi Milli Məclisin deputatı Ramin Məmmədov təsdiq edilib.
Onlayn iclasın yekununda QDİƏT PM-in Baş katibi Asəf Hacıyev təşkilatın qarşıdakı tədbirləri ilə bağlı bəzi məsələləri komitə üzvlərinin diqqətinə çatdırıb, indiyədək komitəyə sədrlik edən Mətin Gündoğduya (Türkiyə) məhsuldar fəaliyyətinə görə təşəkkürünü bildirib, yeni seçilən komitə sədrinə uğurlar arzulayıb.
Musa Quliyev QDİƏT PM-in komitə sədri seçilib
© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Xarici siyasət
Nazir: İsveçrə təmiz enerji texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ceyhun Bayramov: Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var
ATƏT sədri: Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyi üçün ən böyük çağırış olaraq qalır
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
Xəbər Lenti
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirib
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
AYNA: Metro xətlərinin ayrılması ilə bağlı əlavə ekspres xətlər yaradılacaq, avtobuslar ödənişli olacaq - VİDEO
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir - VİDEO - YENİLƏNİB
Nazir: İsveçrə təmiz enerji texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırıb
Bəzi rayonlarda sabah qaz olmayacaq
Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib
Ceyhun Bayramov: Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var
ATƏT sədri: Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyi üçün ən böyük çağırış olaraq qalır
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
Nazir: ATƏT minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərə bilər
XİN rəhbəri: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır
Malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müəyyənləşəcək
Türkiyə XİN Qara dənizdə mülki gəmilərə dron hücumu ilə bağlı bəyanat yayıb
Ceyhun Bayramov: Minsk qrupu təsisatlarının ləğvi ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişafdır
İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq
Silah-sursatın gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum olub
Ceyhun Bayramov: ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür
ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır
Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya və müavinət verilməsi qaydası hazırlanacaq
Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər müəyyənləşəcək
XİN rəhbəri: Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Nazir Ermənistanla sülh gündəliyinin bundan sonra da birbaşa dialoq yolu ilə irəlilədilməsinin vacibliyini bildirib
Aİ-nin qanunsuz miqrantları Ermənistana köçürəcəyinə dair iddialar yayılıb
İranda zəlzələ olub
Culfa Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
Ordubadın icra başçısı dəyişib
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
“AzerGold” jurnalistlər üçün təlim və mediatur təşkil edib - FOTO
Sahibkarlara qarşı 3 milyon manatlıq dələduzluqda ittiham edilən şəxslərə hökm oxunub
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-1
Sabahın hava proqnozu açıqlanıb
"Quba Palace"da qolf turniri keçirilib - FOTO - VİDEO
Naxçıvanda hiss edilən zəlzələ olub
Maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksi təsdiqlənib
Avqustun 13-də meteor yağışı olacaq
Məsud Pezeşkian istefa verməyəcəyini bildirib
Azərbaycanın Milli Stomatologiya Brendi kimi formalaşan "Dentera" 7-ci filialını açıb - FOTO
Ali məktəblərə ixtisas seçiminin vaxtı bilinib
FHN metroda birgə təlim keçirib - VİDEO