Azərbaycan UEFA reytinqində irəliləmək şansını itirib

Azərbaycan UEFA reytinqində irəliləmək şansını itirib
# 13 dekabr 2019 00:58 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Düdelanj”la qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqini artırıb.

Apasport.az saytının məlumatına görə, 1:1 hesablı heç-heçə sayəsində ölkəmiz 0,250 xal əldə edib.

Bununla da cari mövsümün qazancı 3,375-ə yüksəlib. Nəticədə son 5 ilə əsasən hesablanan reytinqimiz 18,750-yə çatıb.

Bu, Tofiq Bəhramov adına Respublika stadionundakı matçadək Avropada 26-cı olan Azərbaycanın bir pillə irəliləmək şansının üzərindən xətt çəkib. Avrokubok mövsümünü başa vuran ölkəmiz 18,875 xala malik Belarusu arxada qoyaraq 25-ci sıranı ələ keçirməyi bacarmayıb. Bunun üçün “Qarabağ”a qələbə vacib idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR