Dələduzluqda təqsirləndirilən dəllal qadın məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən dəllal qadın məhkəmə zalında həbs edilib
# 09 mart 2017 08:54 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G. Həşimova 7 il müddətinə azadlıqdan məhrum edilib və barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. G. Həşimova məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, G. Həşimova ev dəllalı olub. O, Bakı şəhər sakini Sevinc Musayevaya "Dağlar" MTK tərəfindən tikilən binalardan mənzil alacağını vəd verib və onun 92 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. G. Həşimova sonradan vədinə əməl etməyib və zərərçəkən şəxsin pulunu qaytarmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR