Paşha Bank
Bank Of Baku

DİM-də bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 13 fevral 2022 16:04 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi fevralın 13-də respublikanın 11 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

APA xəbər verir ki, sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Bu gün, həmçinin inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahan nəticələrinin sabah gün ərzində elan olunması nəzərdə tutulur.

***

11:02

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) və dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirir.

APA xəbər verir ki, hər iki imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək.

Sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunub. İştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim edilib.

I qrup

II qrup

III qrup

DT altqrupu

III qrup

TC altqrupu

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Tarix

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Coğrafiya

Fizika

İmtahanda iştirak üçün 3212 abituriyent qeydiyyatdan keçib.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı isə kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 462, BB qrupu üzrə 1238 olmaqla, ümumilikdə 1700 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 158 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR